Ermənistanda etirazlar səngimir

Ermənistanda etirazlar səngimir


Ermənistanda müxalifətin Ermənistan Milli Konqresi (HAK) bildirir ki, 6 dekabr referendumunun nəticələrinə qarşı mübarizəni davam etdirəcək. HAK rəsmisi Levon Zurabian dekabrın 14-də “Azadlıq” radiosunun erməni xidmətinə deyib ki, onlar Konstitusiya Məhkəməsinə müraciət edəcəklər.

Qeyd edək ki, referendum nəticəsində ölkə prezident üsul-idarəsindən parlament sisteminə keçib. Müxalifət referendumda saxtakarlıqların baş verdiyini bildirir. Narazılar etiraz aksiyaların davam edəcəyini bəyan ediblər. Onu da qeyd edək ki, Ermənistan Mərkəzi Seçki Komissiyası dekabrın 13-də konstitusiyaya dəyişikliklərin qəbul olunduğunu bəyan edib. Komissiya müxalifətin iddialarını da rədd edib, “referendumun nəticələrinə təsir göstərəcək pozuntuların baş vermədiyini” deyib.

Müxalifət isə iddia edir ki, dəyişikliklərdə məqsəd prezident Serj Sərkisyanı 2018-ci ildən sonra da prezident postunda saxlamaqdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
961 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...