Rusiyanın girov götürdüyü britaniyalı ölüb

Rusiyanın girov götürdüyü britaniyalı ölüb

Rusiyanın Ukraynada girov götürdüyü Böyük Britaniya vətəndaşı Pol Uri dünyasını dəyişib.

“Report” xəbər verir ki, bu barədə qondarma Donetsk Xalq Respublikasının ombudsmanı Darya Morozova bildirib.

Onun sözlərinə görə, P.Uri iyulun 10-dan xroniki xəstəlikdən ölüb.

Qeyd edək ki, Pol Uri hələ aprel ayında Ukraynanın Zaporojye vilayətinin nəzarət-buraxılış məntəqəsində saxlanılıb. O, işğal edilmiş ərazidən ailələrin təxliyəsinə yardım etməklə məşğul olurdu. Britaniya mətbuatının yazdığına görə, 45 yaşlı Uri orduya gedə bilməyib və humanitar sahədə çalışıb. Urinin anası onun diabet xəstəsi olduğunu və daim insulinə ehtiyacı olduğunu bildirib.

Rusiya tərəfi isə onu muzdlu hərbçi hesab edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
590 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...