“Fərat çayına kimi gedəcəyik” Rusiya xəbərdarlıq etdi

“Fərat çayına kimi gedəcəyik”


Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu gün Dövlət Dumasında keçirilən qapalı iclas zamanı ordunun “Fərata kimi irəliləmək” gücündə olduğunu deyib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki. bununla belə rusiyalı nazir rus ordusunun quru əməliyyat keçirmək planlarının olmadığını deyib.

Dövlət Dumasının müdafiə komitəsinin sədri Vladimir Komoyedovun sözlərinə görə, Şoyqu “Fərat çayına irəliləmək” deyərkən məhz Suriya hökumət ordusunu İraqla sərhəddə nəzarəti bərpa etməsini nəzərdə tutuduğunu deyib.

Deputat əsas ağırlığın Suriya ordusunun üzərinə düşdüyünü, lakin Rusiya Hava və Kosmik Qüvvələrinin də onlara hər cür yardım edəcəyini deyib.

Rusiya oktybarın 30-dan bəri Suriyadakı radikal terrorçu qruplaşmaların mövqelərinə zərbələr endirir. Bu məqsədlə ölkə bu il 900 milyon, gələn il isə 1,3 milyard dollar xərcləməyi planlaşdırır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1155 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...