“Ukrayna ordusunun kəskin silah çatışmazlığı var” - Arestoviç

“Ukrayna ordusunun kəskin silah çatışmazlığı var” -

“Rusiyanın genişmiqyaslı işğalının altıncı ayında Ukrayna Silahlı Qüvvələri kəskin həddə silah çatışmazlığı yaşayır”.

Bu açıqlama ilə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç çıxış edib.

Aleksey Arestoviç Ukrayna ordusunun gözlənilən əks-hücum planından da danışıb.

“Genişmiqyaslı və effektiv hücum üçün bizim kifayət qədər ağır texnikamız yoxdur. Siz başa düşməlisiniz ki, bu, lokal müharibə deyil - bu, 1945-ci ildən bəri ən böyük qitə müharibəsidir. Əlimizdə olan silah həcmi ilə biz bu əməliyyatların öhdəsindən gələ bilmərik”, - deyə o bildirib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
195 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...