Rusiya azərbaycanlı oliqarxı BMT sanksiyası ilə hədələyir
Rusiya növbəti dəfə Türkiyəni “İslam Dövləti” terrorçu qruplaşması ilə neft biznesi qurmaqda ittiham edib və BMT sanksiyaları ilə hədələyib. Virtualaz.org saytı xəbər verir ki, bu bəyanatla Rusiyanın BMT-dəki nümayəndəsi Vitali Çurkin çıxış edib. BMT Təhlükəsizlik Şurası dekabrın 17-də axşam “İslam Dövləti” və digər terrorçu qruplaşmaların maliyyə mənbələrinin kəsilməsinə yönəlmiş tədbirlər haqda qətnaməni yekdilliklə qəbul edib.
Rusiya tərəfindən irəli sürülən bu qətnamədə terrorçu qruplaşmalara birbaşa və ya dolayısı maliyyə dəstək verən ölkələrə, şirkətlərə və fiziki şəxslərə sərt qadağalar nəzərdə tutulur. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin qətnamənin qəbulu ilə bağlı çıxışında bu sanksiyaların Türkiyəyə qarşı tətbiq edilə biləcəyini deyib. Çurkinin sözlərinə görə, “İslam Dövləti”nin nəzarətində olan ərazilərdən hasil edilən neft ən çox Türkiyə üzərindən satılır. Diplomat “İslam Dövləti”inə avtosisternlər verən Türkiyə şirkətlərinin bəzilərinin adlarını çəkib. Bunların arasında Antakyada yerləşən “Sam Otomotiv” və Konyada yerləşən “Seri Otomotiv” şirkətləridir.
Rusiya nümayəndəsi iddia edib ki, bu avtosisternlərin daşıdığı neft Batman şəhərində “Türk Perol Rafineri A.Ş” şirkətinə məxsus neftayırma zavodunda emal edilir. “Lakin İŞİD-dən alınan neftin əsas hissəsi Türkiyənin Aralıq dənizindəki limanlarından, daha çox Ceyhan limanından tankerlərə yüklənir və daşınır”- Vitali Çurkin deyib. Xatırladaq ki, Türkiyə Suriya ilə sərhəddə Rusiya bombardmançısını vurandan sonra Moskva Ankaranın ünvanına hər fürsətdəbelə ittihamlar səsləndirir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onun ölkəsinin İŞİD-dən neft almasını “iftira” adlandırıb.
Rusiyanın BMT-dəki nümayəndəsi V.Çurkin isə deyib ki, əgər Türkiyə terrorçuluğun maliyyələşdrilməsinə qarşı effektiv tədbilər görməsə, Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamə əsasında bu ölkəyəyə qarş sanksiyalar məsələsi qoyulacaq. Qeyd edək ki, Rusiyadan əvvəl bəzi xarici mənbələr də “İslam Dövləti”nin nəzarətində olan ərazilərdən hasil olunan neftin azərbaycanlı oliqarx, İstanbulda mənzillənmiş Mübariz Mənsimovun “Palmali” şirkətlər qrupuna məxsus tankerlərlə daşındığı haqda xəbərlər yaymışdı.
Habelə iddia edilir ki, İŞİD nefti Mənsimovun Ərdoğanın ailə üzvlərinə məxsus “BMZ Group” şirkətinə satdığı, daha sonra uzunmüddətli kirayəyə götürdüyü tankerlərlə daşınır. Bu tankerlər Maltdada qeydiyyatdan keçib. Mənsimov özü isə onun şirkətinə məxsus tankerlərin İŞİD neftini daşıdığına dair ittihamı rədd edir.
999 dəfə oxundu