Telman İsmayılov rəsmən müflis elan olundu

Telman İsmayılov rəsmən müflis elan olundu


Moskva Arbitraj Məhkəməsi “Çerkizov” bazarının keçmiş sahibi, azərbaycanlı iş adamı Telman İsmayılovu rəsmən müflis elan edib.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə məhkəmə tərəfindən verilən açıqlamada bildirilir.
“Borclunu müflis elan etmək və müsabiqəni açıq elan etmək lazımdır” - deyə məhkəmə qərarında bildirilir.
Kreditor (iddiaçı) qismində isə “Банк Москвы” bankı çıxış edib.

Bank AST şirkətləör qrupunun sahibinin müflis elan edilməsi ilə bağlı ərizəni məhkəməyə oktyabrın 1-də təqdim etmişdi. Ərizədə
deyilirdi ki, bank 2012-ci ilin sentyabrından 2014-cü ilin fevralına qədərki müddətdə “Ruslayn 2000” və “Tropicano Finance” şirkətlərinə 230 milyon dollar məbləğində 3 kredit verib. Bu şirkətlərin AST şirkətlər qrupuna birbaşa aidiyyəti var. Benefisiar
T.İsmayılov isə pulları müqavilədə nəzərdə tutulduğu vaxtda qaytarmaq üçün şəxsən göstəriş verib.

Amma banka nə kreditlər üzrə faizlər, nə də əsas borc qaytarılmayıb. Nəticədə oktyabrın 1-dək İsmayılovun ümumi borcları 286 milyon dollara çatıb. İsmayılov özü də məhkəməyə müflis elan olunması barədə ərizə təqdim etmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1069 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...