İngiltərədə dəmir yolu xidməti dayandırılır

İngiltərədə dəmir yolu xidməti dayandırılır
Oktyabrın 1-də İngiltərədə dəmir yolu infrastrukturuna sahib olan və onları idarə edən “British Network Rail” şirkətinin əməkdaşları, həmçinin 14 dəmir yolu operatoru tətil edəcək.

Tətil 24 saat müddətinə planlaşdırılıb. Etiraz aksiyası ölkədə dəmir yolu əlaqəsini demək olar ki, tamamilə dayandıracaq.

Üzvləri üçün daha yüksək maaş və daha yaxşı iş şəraiti təmin etməyə çalışan nəqliyyat işçilərinin həmkarlar ittifaqı sənaye nümayəndələrindən mövcud problemləri danışıqlar yolu ilə həll edəcək təkliflər almadıqlarını bildirib.

Digər birliyə daxil olan maşinistlər də həmin günü tətil etmək niyyətindədirlər.

Mənbə: mk.ru



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
670 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...