Demirtaş Moskvaya sahiblərindən təlimat almağa gedib

Demirtaş Moskvaya sahiblərindən təlimat almağa gedib


Davutoğlu: “Demirtaş Türkiyəyə qarşı xəyanət içərisindədir”

AKP Mardin millət vəkili “Öcalanın qapısını döyməliyik” deyir


AKP Mardin millət vəkili Orhan Miroğlu ötən gün verdiyi açıqlamasında güney və güneydoğuda baş verən olayların çözüm sürəcinə mənfi təsir etdiyini bildirib. Miroğlu deyib ki, bölgənin bir çox şəhər, kənd və qəsəbəsində PKK-nın hökumət qüvvələri ilə döyüşmək üçün səngər qazdığını açıqladıqdan sonra özü və ailə üzvlər PKK-dan təhdidlər alır: “Bölgədə gərginlik yüksəlməkdədir. HDP-də prosesin dinc yolla çözümünü istəyənlər danışmaq imkanından məhrum edilib. İllərdir hökumət çözüm sürəci siyasəti aparır, ancaq HDP-də təmsil olunanlar PKK-nın “çözümə hazırıq” mesajları altında bölgəyə külli miqdarda silah-sursat toplamasına göz yumur. Təbii, dövlətin bundan xəbərdar olub, sadəcə çözüm sürəcinə ziyan gəlməsin deyə bu depoları nümayişkaranə dağıtmayıb”.

AKP-li millət vəkili deyib ki, İmralı həbsxanasında ömürlük məhbəs həyatını yaşayan PKK lideri Abdullah Öcalandan dinc sürəc təlimatı gəlməyənə qədər bölgədə silahların susacağı gözlənilən deyil: “Öncə Öcalanın qapısını döymək lazımdır. Ancaq indi bir reallıq da ortaya çıxıb – Qəndil artıq Öcalanı dinləməyə bilər. Silahların təhvil verilməsi məsələsi gündəmə gələndə, PKK imtina etdi, Demirtaşa da "bu sənin işin deyil, get siyasətinlə məşğul ol" dedilər. Üstəlik Öcalan üçün “o içəridədir, durum haqda tam bilgisi olmadığı üçün qərar vermək səlahiyyəti yoxdur” sözləri ilə durumu tam kontrol altına almaq istədiklərini göstəridilər. Burada 3 önəmli faktor var – Öcalan, PKK, HDP. PKK Türkiyə ilə heç bir halda anlaşmanı qəbul etmir. Onlar İran-Dəməşq-Bağdad blokunun təşəbbüslərini dəstəkləyirlər. Öcalan içəridə olsa da, bəlli bir kəsim hələ də onun planları və diqtəsi ilə idarə olunur. HDP-yə gəlincə, partiya özünü siyasətdə göstərməyə çalışsa da PKK çərçivəsindən kənara çıxmaq imkanları son dərəcə məhduddur. Çox təəssüf, silahlar dinəndə HDP-nin səsi onları sakitləşdirmək gücündə olmur”.

HDP həmsədri Selaheddin Demirtaş isə Moskvadadır. ÖzgürTV-yə açıqlama verən Demirtaş dekabrın 23-də Rusiya paytaxtında xarici işlər naziri Sergey Lavrovla görüşəcəyini deyib. Son günlərdə güney və güney-doğu bölgələrində Türkiyə hökumətinin antiterror əməliyyatlarından danışan Demirtaş AKP-nin çözüm sürəcini pozduğunu deyib:“Bu sürəc bizə yaramır. Edə bildiyimiz qədərini etdik. Artıq demokratiya haqqında danışacaq durumda deyilik. AKP müzakirə şansını əlinin arxası ilə itələyərək savaş yönündə addımlar atdı. Savaş elanı verənlər özünüidarə qərarı verənlər yox, AKP-dir”.

Demirtaş güney-doğuda qurulan çoxsaylı barrikadaların yalnız müdafiə məqsədli olduğunu iddia edib: “Bu barrikadalar olmasaydı, savaş olmayacaqdı deyənlər yanılır. İradəni qırmaq qərarı verilib. Zilan kimi. Dersim kimi. “Ev-ev təmizləyəcəyik, çıxmayacağıq” deyirlər. Bunu Diyarbəkirin mərkəzi üçün deyirlər. Söylənənlər içərisində çözüm cümləsi yoxdur”.
Demirtaş deyib ki, gec-tec danışıqlar masasına oturmaq gərək olacaq: “Masaya nə qədər tez dönülsə, acılar o qədər az olar. Birlikdə yaşam birlikdə mücadilə ilə qurulur. Bir gənci öldürsən, ertəsi gün 50 gənc çıxar. Biz hökumətə bunu anlatmaq istəyirik. Anlayacaqmı, bilmirik. Bildiyimiz odur ki, dövlət savaş qərarı verib. Bu dövlətin seçimidir, gənclərin yox”.
Demirtaş deyib ki, artıq Türkiyə dövləti xarici siyasət məsələsində söz sahibi deyil: “Rusiyada Moskva ilə Ankara arasındakı gərginliyi də müzakirəyə çıxaracağıq. Rusiyada təhsil alan, ticarət edən, ixracatla məşğul olan yüz minlərlə insanlar çətin durumdadır. Türkiyə bunlarla bağlı heç bir addım atmır. Prezident bütün qapıları bağlayıb. Bizim təsir imkanlarımız var və bundan istifadə etmək fikrindəyik. Rusiya xarici işlər naziri Sergey Lavrovla sağlam dialoq quraraq Türkiyə pasportu olanlara yardım etmək istəyirik. Türkiyə xarici siyasətdə artıq sağlam dialoq qurmaq fikrində deyil”.

PKK-nın siyasi qanadının rəhbərinin çıxışına baş nazir Ahmet Davutoğlu olduqca sərt reaksiya verib. AKP-nin gənclik qolları ilə İstanbulda görüşən baş nazir deyib ki, Demirtaş Türkiyə dövlətinə qarşı böyük xəyanət içərisindədir: “Bu şəxs Türkiyə ilə faktiki savaş durumunda olan ölkənin paytaxtına konkret təlimatlar almağa gedib. Biz güney və güney-doğudakı qardaşlarımızı açıq gözlü olmağa çağırırıq. Baxın və bu insanın Moskvada kimlərlə təmasda olduğunu, Türkiyə dövlətinə qarşı hansı iddialar irəli sürdüyünü və görüşdən sonra PKK-nın hansı addımlar atacağını diqqətlə izləyin”.

Davutoğlu çıxışında Demirtaşın hərəkətlərini açıq separatçılıq adlandırıb və dövlətin buna qarşı bütün tədbirləri alacağını bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
895 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...