Rusiya yenidən S-300 raketləri ilə Zaporojyeyə hücum etdi: Ölən və yaralananlar var

Rusiya yenidən S-300 raketləri ilə Zaporojyeyə hücum etdi:
Rusiya Zaporojye vilayət mərkəzinə raket zərbələri endirib.

KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə vilayətin rəhbəri Oleksandr Starux bildirib. “Təkrar hücumlar riski var. Özünüzə diqqət edin!”, – deyə o vurğulayıb.

Qeyd edək ki, şəhərə onlarla S-300 raketi atılıb.

“İlkin olaraq düşmənin atəşə tutması nəticəsində şəhərin infrastrukturu dağıdılıb. Təəssüf ki, qurbanlar var. Bütün müvafiq xidmətlər işləyir. Daha ətraflı məlumat dəqiqləşdirilir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
648 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...