Sarkisyanı Fransaya gedərkən öldürmək istədilər

Sarkisyanı Fransaya gedərkən öldürmək istədilər


Noyabr ayında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) zərərsizləşdirdiyi cinayətkar dəstə dövlət qurumlarını ələ keçirmək və ölkə prezidentinin təyyarəsinə hücum etməyi planlaşdırıb. AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə "Qraparak" qəzeti məlumat yayıb. “Cinayətkar dəstə beş altqrupa malik olub. Onlar eyni vaxtda prezident iqamətgahı, parlament, Konstitusiya Məhkəməsi və teleqülləni ələ keçirməyi planlaşdırırmış. Əsas məqsədi isə Fransaya səfərə hazırlaşan Ermənistan prezidentinin təyyarəsini partlatmaq olub.

Qeyd edək ki, Serj Sarkisyan noyabrın 29-da BMT-nin iqlim dəyişiklikləri üzrə sammitində iştirak etmək üçün Fransa paytaxtına yollanıb. Xatırladaq ki, noyabr ayının 25-də İrəvanın Nork Maraş inzibati bölgəsinin 9-cu küçəsində yerləşən evlərdən birində terror fəaliyyətinə tam hazır olan, partladıcı maddə və xüsusi paltarla təchiz olunmuş vəziyyətdə 3 qız, 7 oğlan olmaqla - on nəfərə qədər silahlı dəstə aşkar olunaraq zərərsizləşdirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1030 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...