“Azərbaycan Qarabağdan imtina etməyə hazır deyil” - Aleksandr İsgəndəryan

 “Azərbaycan Qarabağdan imtina etməyə hazır deyil” -


“İndiki siyasi reallıqlar şəraitində Ermənistan və Azərbaycan arasında əhəmiyyətli anlaşmanın əldə ediləcəyini gözləmək sadəlövhlük olardı. Ən çoxu nə ola bilərdisə, o da oldu. Prezidentlər arasındakı son görüşün nəticəsi hər şeydən əvvəl elə görüşün keçirilməsinin özüdür. Bu da az deyil. Hələ bonus da oldu: tərəflər birgə işi davam etdirəcəklərini bəyan etdilər”.

Bunu virtualaz.org saytının müxbiri ilə söhbətində İrəvandakı Qafqaz İnstitutunun direktoru, tanınımış erməni politoloqu Aleksandr İsgəndəryan bildirib.

Azərbaycan mətbuatına ilk dəfə müsahibə verdiyini deyən A.İsgəndəryanın sözlərinə görə, münaqişəni qısa və ortamüddətli tənzimlənməsi variantı mümkün deyil və bunu bütün xarici oyunçular da başa düşür: “Qərbin və Rusiyanın real məqsədi indiki status-kvonu saxlamaqdır. Qarabağ məsələsi nadir mövzulardandır ki, Qərblə Rusiyanın mövqeyi orada üst-üstə düşür. İkisini də eyni məsələdə həmrəydir: münaqişənin donu açılmasın”.

“Qarabağ məsələsi sıravi ermənilərə xoşbəxtlik gətirdimi” sualını cavablandıran A.İsgəndəryan bildirib ki, müharibə və münaqişələr heç kəsə xoşbəxtlik gətirə bilməz: “Bu münaqişənin mövcud olmasına və davam etməsinə nə ermənilər, nə də azərbaycanlılar sevinə bilməz. Azərbaycanın da bir çox problemləri Qarabağ məsələsi ilə bağlıdır. Yəqin Azərbaycanda da insanlar onillərdir davam edən bu qarşıdurmadan yorulublar. Bununla belə Azərbaycan Qarabağdan imtina etməyə hazır deyil. Yaxın Şərqlə müqayisə edəsi olsaq, Qarabağ Sinay deyil, hər iki xalqın siyasi mentaliteti baxımından Yerusəlimdir. Problemin həllinə doğru addımlamaq da elə bu üzdən çətindir”.

Erməni politoloqu xalq diplomatiyasının bu münaqişəni həll etmək imkanlarının olmadığını bildirib: “Qarabağ münaqişəsi təkcə sırf etnik məsələ deyil, daha çox etnosiyasi məsələdir. Onu siyasətçilər həll etməlidir. Vətəndaş cəmiyyəti, jurnalist və ekspertlər, alimlər cəmiyyətə, dolayısı ilə siyasətçilərə təsir edə, münaqişənin həlli üçün münbit zəmin yarada bilər, amma münaqişəni həll edə bilməz. Münaqişəni konserv bankasına tıxamaq olmaz. Bu münaqişənin həllində xarici qüvvələrsiz, xarici müdaxiləsiz də keçinmək olmaz. Xarici qüvvələr burada iştirak edib və edəcəklər. Onların da öz nüfuz və maraqları var. Bundan qaçmaq mümkün deyil”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1054 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...