Ramiz Mehdiyev adının siyahıdan silinməsindən danışdı: "Özbaşınalıqdır"

Ramiz Mehdiyev adının siyahıdan silinməsindən danışdı:
"Mənim adımın Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidentləri siyahısından çıxarılması düzgün deyil. Hesab edirəm ki, bu, özbaşınalıqdır".

GUNDEMİNFO.AZ xəbər verir ki, bunu "Unikal"a açıqlamasında AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev deyib.

"Onların bunu etməyə ixtiyarı yoxdur. Bu, qanun pozuntusudur", - deyə o əlavə edib.

Qeyd edək ki, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin adı akademiyanın saytında sabiq prezidentlərin siyahısından çıxarılmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
504 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...