İran Rusiyanın əsas hərbi dayağı olaraq qalır - ABŞ Dövlət Departamenti

İran Rusiyanın əsas hərbi dayağı olaraq qalır -

Rusiya və İran arasında hərbi tərəfdaşlıq dərinləşməkdə davam edir. İran Ukraynaya qarşı müharibədə Rusiya Federasiyası üçün əsas dayaqlardan biridir.

Qaynarinfo "Ukrinform”a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib.

Rusiya Federasiyasında İran PUA-larının istehsalı üzrə zavodun tikintisinə münasibət bildirən Patel qeyd edib ki, "İran Rusiyanın əsas hərbi dayağı olaraq qalır”.
"Rusiya İrandan yüzlərlə PUA, həmçinin pilotsuz uçuş aparatlarının istehsalı üçün avadanlıq alıb”.

Dövlət Departamentinin sözçüsü xatırladıb ki, dronlardan demək olar ki, hər gün Ukrayna ərazisini atəşə tutmaq üçün istifadə olunur və hazırda "Rusiya ilə İran arasında tərəfdaşlıq dərinləşməkdə davam edir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
493 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...