Şuşanın girişinə qoyulan tank götürüldü - FOTO - VİDEO

Şuşanın girişinə qoyulan tank götürüldü -
1992-ci ildə işgaldan sonra ermənilər tərəfindən Şuşa şəhərinin girişində qələbə simvolu kimi qoyulan tank abidəsi götürülub.

Bu barədə görüntülər sosial media hesablarında yayılıb.

Qeyd edək ki, sözügedən tank Şusaya girməyə cəhd edən ilk tank olub. Erməni Qaqik Avşaryanın idarə etdiyi 442 nömrəli tank ekipaj üzvü ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən məhv edilmişdi.

Birinci Qarabağ müharibəsindən sonra isə Avşaryanın yanmış T-72 tankını bərpa edilərək Şusaya tuşlanmış vəziyyətdə abidə kimi quraşdırılmışdı.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
569 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...