Rusiyanın erməniləri Qarabağdan çıxarmasının arxasındakı ŞOK PLAN
Azərbaycanın Qarabağ iqtisadi rayonunda məskunlaşan ermənilərin təxliyəsi davam edir.
Separatçı rejim rus sülhməramlılarının müşayiəti ilə onları Ermənistana göndərir. Artıq Ağdərə, Əskəran, Xocavənd, Xocalı və Xankəndidən ailələrin çıxarılmasına başlanılıb. Lakin burada bir məqam diqqət çəkir. Belə ki, göndərilən ailələrin böyük əksəriyyətini yaşlı şəxslər təşkil edir. Üstəlik, separatçıların belə tez bir şəkildə Ermənistanın istəməməsinə rəğmən ora göndərməsi sual yaradır.
Separatçıların bu addımından sonra Azərbaycana qarşı ittihamlar başalaya bilər. Onların erməniləri göndərərək bu ittiham üçün əsas yaratmağa çalışdığı da önə sürülür.
Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Natiq Miri bildirib ki, əslində ermənilər bu ittihamlarından heç bir zaman imtina etməyib:
“Bu ittihamlar dünən də var idi, bu gün də var. Ancaq rus hərbi kontingenti Qarabağda mövcud olarkən, bu ittihamlar o qədər də ciddi qəbul olunmayacaq. Çünki rəsmi və hüquqi olaraq onların təhlükəsizliyi ilə məşğul olacaq yeganə hərbi güc rus sülhməramlılarıdır. Üstəlik, bu təxliyə prosesi rus sülhməramlılarının vasitəsilə həyata keçirilir. İndiyə qədər minlərlə erməni Qarabağdan Ermənistana köçürülüb. Bu əhalinin əksəriyyəti Ermənistan vətəndaşıdır. Ona görə də burada ittiham olunacaq hər hansısa məsələ yoxdur.
Zamanında yalançı vədlərlə Qarabağı doldurmaq üçün Ermənistanla Rusiya sövdələşdi və bunu həyata keçirdilər. İndi isə proseslərin əksi yaşanır. Həmçinin, proseslər tam tənzimlənib, Azərbaycanın idarəetməsinə qədər bu ittihamlar ciddi qəbul olunmayacaq. Çünki ortada Rusiya amili var. Bu da bizim mövqeyimizi müəyyən mənada gücləndirən amildir. Üstəlik, rəsmi Moskva da açıqlamalarında Azərbaycan tərəfindən hər hansısa etnik təmizləmə və ya zorlamanın olmadığını bəyan edir. Ona görə də bu ittihamların hər hansı nəticə verəcəyini düşünmürəm”.
Politoloqun sözlərinə görə, Rusiya kütləvi şəkildə Ermənistan vətəndaşlarını Qarabağdan təxliyə etməklə Nikol Paşinyan hökuməti üçün problemlər yaradır:
“Çünki o insanlar Paşinyan hakimiyyətindən razı deyillər. Əksinə, aldadılmış bir toplum bu gün Ermənistana təxliyə olunurlar. İndiki vəziyyətdə isə həmin insanlar Nikol Paşinyanı devirmək istəyən siyasi güc mərkəzləri üçün böyük elektoratdır. Yəni bu rəqəm on minlərə çata bilər. Ermənistan isə öz yaxasını Qarabağ “yük”ündən azad etdi və bütün “yük”ü Rusiyaya yüklədi. Yəni Kreml bugünkü vəziyyətlə ittiham obyektinə çevrilib. Düşünürəm ki, köçənlərin sayı daha da artacaq. Çünki qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Ermənistan əsgərləri döyüşürdü”.
437 dəfə oxundu