Yeniyetməni döyən polis işdən çıxarıldı, iki nəfər həbs edildi

Yeniyetməni döyən polis işdən çıxarıldı, iki nəfər həbs edildi
Xəbər verdiyimiz kimi, Qəbələ rayonu Vəndam qəsəbəsində polisin vətəndaşlara qarşı zorakılığını əks etdirən kadrlar yayılıb. Həmin polis barəsində xidməti yoxlama aparılaraq o daxili işlər orqanlarından xaric edilib.
Gundeminfo.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.
“Dekabrın 2-də Qəbələ rayonu Vəndam qəsəbəsində S.Ağayev sərxoş vəziyyətdə avtomobil idarə edərək ictimai yerdə təhlükəli vəziyyət yaradıb.
O saxlanılan zaman onunla birlikdə olan onun yaxın qohumları və yanlarında olan yetkinlik yaşına çatmayan şəxs polis əməkdaşlarına müqavimət göstərərək daşla xəsarət yetirməyə və xidməti avtomobilə zərər vurmağa cəhd ediblər.
Fakta görə cinayət işi qaldırılıb və iki nəfər həbs edilib.
Eyni zamanda yetkinlik yaşına çatmayan şəxsə qarşı səlahiyyət həddini aşan polis əməkdaşı barəsində xidməti yoxlama aparılaraq o daxili işlər orqanlarından xaric edilib”, - məlumatda qeyd edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
522 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...