Eyyub Hüseynov “Azərpoçt”dan şikayətlərin artdığını açıqladı: Vətəndaşla kobud şəkildə…

Eyyub Hüseynov “Azərpoçt”dan şikayətlərin artdığını açıqladı:
“Poçt xidmət ən geniş yayılmış şəbəkədir. Ən ucqar bölgələrdə belə poçtlara əlçatanlıq var. Geniş yayılmış şəbəkə olduğu üçün vətəndaşların təbii olaraq şikayət və narazılıqları da olur. Əhalinin poçt xidmətlərindən gözləntiləri çoxdur. Təəssüf ki, gözləntilərlə xidmət bir-birinə tərs mütənasibdir”.

Bu sözləri Tribunainfo.az-a “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov “Azərpoçt”un fəaliyyətini qiymətləndirərkən deyib. O bildirib ki, əvvəla, poçt xidmətində çalışanlar çox aşağı maaşa işləyirlər, üstəlik, iş saatları çoxdur.

“Həmçinin, təəssüflə qeyd etməliyəm ki, adətən poçt əməkdaşları vətəndaşla kobud rəftar edir. Bizə gələn müraciətlər arasında poçt əməkdaşlarının kobudluğu ilə bağlı şikayətlər çoxluq təşkil edir. Əhalinin bəzi narazılıqları başadüşüləndir.

Ancaq bəzən poçtdan absurd tələblər də olur. Ümumilikdə isə əhalinin poçt xidmətindən gözləntiləri çox olduğu üçün xidmət səviyyəsini daha da yüksəltmək, təkmilləşdirmək lazımdır”,_ E.Hüseynov belə hesab edir.

Onun fikrincə, elə etmək lazımdır ki, poçt əhalinin bütün tələblərini yerinə yetirə bilsin: “Son iki ildə bunun üçün işlər görülür. Ümid edirəm, “Azərpoçt” yaxın vaxtlarda vətəndaşların narazılıqlarını nəzərə alacaq, mövcud problemlər də aradan qaldırılacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
349 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...