Qarabağ Universitetinə kim rəhbərlik edir? - Nazirlik CAVAB VERDİ
Xankəndi şəhərində açılan Qarabağ Universitetində tədris rəsmi olaraq bu il sentyabrın 15-dən başlayacaq. Elm və Təhsil Nazirliyinin proqnozuna görə, builki qəbul imtahanları nəticəsində 1000-ə yaxın tələbnin Qarabağ Universitteində oxuması nəzərdə tutulub.
Bəs Qarabağ Universitetinə kim rəhbərlik edəcək?
Elm və Təhsil Nazirliyi Modern.az-ın bununla bağlı sorğusuna cavab verib.
“Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün Elm və Təhsil Nazirliyinin tərkibində müxtəlif səviyyələrdə işçi qrupları yaradılıb və işçi qrupları müvafiq istiqamətlərdə işləyirlər. Bununla bağlı hər hansı yenilik olduğu təqdirdə ictimaiyyətə açıqlanır”, - nazirliyin cavabında bildirilib..
“Eyni zamanda bildiririk ki, Qarabağ Universitetinə rektor təyinatı Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətlərinə aiddir”, - deyə nazirlik əlavə edib.
Universitetin fəaliyyətinin təşkilindən danışan Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın bildirdiyinə görə, Qarabağ Universiteti yaxın vaxtlarda tam hazır vəziyyətə gətiriləcək.
O bildirib ki, Xankəndi şəhərində tələbələrlə yanaşı, müəllimlər üçün də yataqxana fəaliyyət göstərəcək və yataqxanada qalanlara müəyyən güzəştlər ediləcək.
O, yataxanaların müasir standartlara tam cavab verəcəyini vurğulayıb. Yataqxanalar həm tələbələr, həm də müəllimlər üçün tamamilə pulsuz olacaq.
Agentlik direktoru deyib ki, Qarabağ Universitetində keyfiyyətli təhsil üçün bütün imkanlar yaradılacaq. Ali təhsil müəssisəsində əsasən prestijli ixtisasların tədrisinə üstünlük veriləcək. İxtisasların sayı ildən ilə artırılacaq. Universitetdə fakültələri əvəz edəcək turizm, mühəndislik, humanitar, iqtisadiyyat məktəbləri fəaliyyət göstərəcək. Yəni məktəblər ixtisasların rəngarəngliyilə seçiləcək.
Ülkər Səttarova tələbə və müəllimlərin lərin Xankəndi şəhərinə necə gedib-gələcəyindən də danışıb. Deyib ki, hazırda ligistika məsələlərinin həlli ilə bağlı işlər görülür. Çalışılacaq ki, ölkənin müxtəlif yerlərindən tələbə və müəllimlərin Xankəndiyə rahat gediş-gəlişi təmin olunsun.
Direktor əlavə edib ki, Qarabağ Universitetində işləyəcək müəllim heyətinin seçimi ilə bağlı müzakirələr aparılır.
Xatırladaq ki, Qarabağ Universiteti Azərbaycan Prezidentinin 28 noyabr 2023-cü il tarixli sərəncamı ilə yaradılıb.
374 dəfə oxundu