Blinken Kiyevdə yerli barda gitara çalıb mahnı oxudu – Video

Blinken Kiyevdə yerli barda gitara çalıb mahnı oxudu –
ABŞ dövlət katibi Antoni Blinken Kiyevə səfəri zamanı yerli barlardan birində gitara çalaraq mahnı oxuyub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Məlumata görə, Blinken çərşənbə axşamı axşam Kiyevdə bir bara gedib və burada yerli qruplardan biri ilə amerikalı musiqiçi Nil Yanqın mahnısını ifa edib.
Nəşrin dərc etdiyi videogörüntülərə görə, ABŞ dövlət katibi gitarada Yanqın 1989-cu ildə ifa etdiyi “Rockin'in the Free World” mahnısını səsləndirib.
Bu, ABŞ dövlət katibinin Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə danışıqları ərəfəsində baş verib.
Çıxışına başlamazdan əvvəl Blinken bardakılara müraciət edərək, çətin vaxtlar olduğunu bəyan edib. Eyni zamanda o, Ukrayna ordusunun çəkdiyi iztirablardan danışaraq, ABŞ-nin Ukraynanı dəstəklədiyini təkrar edib.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
331 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...