Qazaxıstanın şəkər ixracına qoyduğu qadağa Azərbaycana təsir edəcəkmi?
Bu gündən Qazaxıstanda şəkərin ixracına müvəqqəti qadağa qoyulur. Bu qərar avqustun 31-dək davam edəcək və yay aylarında Qazaxıstanda həm əhali, həm də sənaye istehlakçıları tərəfindən şəkərə daxili tələbatın artması nəzərə alınaraq qəbul edilib.
Məlumdur ki, Azərbaycan şəkərə olan tələbatını həm də idxal hesabına təmin edir. Belə olan təqdirdə Qazaxıstanın tətbiq etdiyi qadağanın Azərbaycana hər hansı bir formada təsiri olacaqmı?
"Report"un rəsmi statistikaya əsasən apardığı araşdırmaya görə, ötən il Azərbaycan 24 ölkədən ümumilikdə 29 min 349 ton şəkər idxal edib. Şəkər idxalçılarının ilk beşliyinə Rusiya (28,82 min ton) başçılıq edir. Növbəti yerlərdə Belarus (474 ton), İtaliya (18 ton), Türkiyə (12 ton) və Ukrayna (5,7 ton) qərarlaşıb. Ötən il Azərbaycan Qazaxıstandan şəkər idxal etməyib. Ümumiyyətlə ən azı son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) bu MDB ölkəsindən Azərbaycana şəkər tədarük olunmayıb. Cari ilin ilk 4 ayı ərzində də vəziyyət dəyişməyib.
Lakin Qazaxıstan böyük həcmdə olmasa da Azərbaycandan şəkər tədarük edir. Belə ki, ötən il Azərbaycan Qazaxıstana 74,4 ton şəkər ixrac edib. Bu, 2022-ci ilin göstəricisindən 277 dəfə azdır. 2022-ci ildəki artım Rusiya-Ukrayna münaqişəsi səbəbindən Qazaxıstanda şəkər çatışmazlığı ilə bağlı yaranan vəziyyətin nəticəsidir. O zaman Rusiya sanksiyalar fonunda öz daxili tələbatını ödəmək üçün şəkər ixracına qadağa qoydu. Ukrayna isə logistika ilə bağlı problemlərdən dolayı xaricə tədarük həyata keçirə bilmirdi. Halbuki hər iki ölkə Qazaxıstanın əsas tədarükçüləri idi. Belə bir şəraitdə ölkə alternativ mənbələrdən o cümlədən Azərbaycanda şəkər idxalını kəskin artırmalı olub. Hazırkı durum Azərbaycanın şəkər tədarükçüləri üçün şans ola bilərmi? Bu ilin ilk 4 ayının göstəricilərinə görə vəziyyət heç də ürəkaçan deyil. Belə ki, Qazaxıstan həmin dövr ərzində Azərbaycandan cəmi 3,7 ton şəkər tədarük edib.
Halbuki 2017-ci ilə kimi Qazaxıstan Azərbaycanın şəkər tədarük etdiyi əsas bazarlardan biri olub. Belə ki, 2011-ci ildə bu ölkəyə Azərbaycandan 33,7 min ton, 2012-ci ildə 19,2 min ton, 2013-cü ildə 23,2 min ton, 2014-cü ildə 8,1 min ton, 2015-ci ildə 14,51 min ton, 2016-cı ildə 14,35 min ton şəkər ixrac edilib. 2017-2021-ci illərdə Azərbaycandan Qazaxıstana şəkər tədarükü üzrə orta göstərici 29 ton olub.
Hazırda Azərbaycanın əsas tədarük bazarı Türkmənistandır. Ötən il Azərbaycanda 313 min ton şəkər, qənd istehsal olunub. Bunun 31,8 min tonu xaricə göndərilib. İlk beşliyə Türkmənistan (21 min ton), Gürcüstan (3,64 min ton), Qırğızıstan (2,6 min ton), Tacikistan (2,1 min ton) və İraq (1,52 min ton) daxildir.
437 dəfə oxundu