Gənc ananın ölümünə səbəb olan “Reo-Med” klinikası ötən ay cərimələnibmiş
İki uşaq anasının ölümünə səbəb olan “Reo-Med” klinikasının onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyəti həyata keçirdiyi məlum olub. Hətta klinika ilə bağlı bu qanunsuz fəaliyyətinə görə ötən ay iş də başladılıb.
Tribunainfo.az xəbər verir ki, iyun ayında “Reo-Med” klinikasında yoxlama həyata keçirilib. Aparılan yoxlama zamanı məlum olub ki, klinika ona verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyəti də həyata keçirir. Bu fəaliyyətin nə olduğu barədə dəqiq məlumat yoxdur. Ancaq məlum olan odur ki, klinikaya həmin xidməti göstərmək üçün müvafiq icazə verilməyib. Buna baxmayaraq “Reo-Med” gizli şəkildə həmin xidməti göstərirmiş.
Klinika ilə bağlı ötən ay başladılmış iş üzrə növbəti proses bu gündür. Binəqədi Rayon Məhkəməsində baxılacaq işə hakim Aynurə Sadıqova sədrlik edəcək. Klinikanın pozduğu İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə görə, fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə gözləyir.
Qeyd edək ki, iyul ayının 2-də 29 yaşlı Aybəniz Almuradovanın liposaksiya əməliyyatı üçün getdiyi “Reo-Med” klinikasında dünyasını dəyişib. Gənc qadının yaxınları, ailə üzvləri A.Almuradovanın ölümündə sözügedən klinikanın direktoru Əli Hüseynovu, həkim Mətanət Eyvazova və anestezioloq Babək Mahmudovu günahlandırırlar. Mərhumun qohumları iddia edir ki, klinika lisenziyasız fəaliyyət göstərir. Ailənin sözlərinə görə, dünyasını dəyişən A.Almuradovanı əməliyyat edən həkim M.Eyvazovanın ali təhsili yoxdur və o lazeroloq kimi çalışıb, 6 aydır ki, bu işi kursa gedərək öyrənib və klinikada kurs sertifikatı ilə liposaksiya əməliyyatları icra edir.
Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
475 dəfə oxundu