“Saatlarımızın qiyməti hədsiz dərəcədə şişirdilib” - Silahla hədələnən səfir

“Saatlarımızın qiyməti hədsiz dərəcədə şişirdilib” -
“5 avqust tarixində məzuniyyətdə olarkən Brüssel vaxtı ilə saat 15:00-da Belçikada yaşadığım evin qarşısında mən və xanımım naməlum 2 nəfər tərəfindən hücuma məruz qaldıq. Bu şəxslər biz binanın girişindən içəri girərkən zorla içəri soxulub bizi silah və bıçaqla hədələyərək üzərlərimizdəki əşyaların onlara verilməsini tələb ediblər”.

"Gundeminfo” APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə Brüsseldə ona qarşı hücumu şərh edərkən bildirib.

“Onlar xanımımın çantasını və qollarımızdakı “Rolex” model saatları götürərək, bizə yüngül xəsarət yetirərək ərazidən kənarlaşıblar. Polis dərhal əraziyə gələrək hadisənin araşdırılmasına başlayıb. Polis tərəfindən verilmiş məlumata əsasən, hazırda cinayətkarların məsuliyyətə cəlb edilməsi məqsədilə müvafiq istintaq tədbirləri davam etdirilir.

Həmçinin qeyd edim ki, Belçika mətbuatında yaşadığımız binanın şəkillərinin dərc olunması təhlükəsizlik səbəbindən qəbuledilməzdir. Qarət edilən saatlarımızın qiymətinin mətbuatda hədsiz dərəcədə və dəfələrlə şişirdilməsi də təəssüf doğurur. Bizə məxsus saatlar “Rolex” markalı olsa da onlar metalik və sadə modellər olub. Bu hücum hadisəsi barədə, həmçinin Belçika tərəfinə rəsmən səfirliyimiz tərəfindən müraciət edilib və diplomatların toxunulmazlığının təmin olunması və onlara qarşı bu kimi hücumların qarşısının alınması üçün Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası çərçivəsində tədbirlər görülməsi tələb olunub”, - açıqlamada vurğulanıb.

Qeyd edək ki, sözügedən məlumatda azərbaycanlı diplomatın xanımı ilə icarəyə götürdüyü skuterdə olan zaman iki nəfər şəxsin revolverin qundağı ilə onların başına vurduqları və onlara məxsus 90 min avro dəyərində iki ədəd “Rolex” saatını oğurladıqları bildirilirdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
263 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...