Vahid Ələkbərov İranda da neft çıxaracaq

Vahid Ələkbərov İranda da neft çıxaracaq


LUKOİL-un rəhbəri Vahid Ələkbərov keçən həftə İranda səfərdə olub və şirkətin bu ölkədə bir neçə hasilat layihələrində mümkün iştirakı barədə razılığa gəlib.

RİA-Novosti-nin məlumatına görə, bu barədə jurnalistlərə RF Energetika Nazirliyinin rəhbəri Anatoli Yanovski bildirib.


Yanovski jurnalistlərlə söhbətdə LUKOİL-un İran ilə neft satışı, eləcə də mübadilə əməliyyatlarının müzakirə edildiyini də istisna etməyib: "Neft satışı üzrə məsələlər də müzakirə edilib. Düşünürəm ki, mübadilə əməliyyatları da müzakirə edilib, çünki LUKOİL-un Xəzərdə və Xəzərə çıxış ilə Volqada NEZ-i var, ona görə də çox güman ki, mübadilə əməliyyatları da müzakirə edilib. Yəni Rusiya nefti İrana, şimala çıxarıla bilər, İran isə bunun qarşılığında İran körfəzində LUKOİL-a və ya digərlərinə müvafiq neft həcmini tədarük edə bilər".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
898 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...