Yüksək vəzifəyə gedəcəyi deyilən Asif Zeynalovu “GL Group“da kim əvəzləyəcək?

Yüksək vəzifəyə gedəcəyi deyilən Asif Zeynalovu “GL Group“da kim əvəzləyəcək?
“Salyan Oil Limited” şirkətinin törəmə müəssisəsi olan “GL İnvestment” MMC-nin qanuni təmsilçisi Asif Zeynalovun Energetika nazirliyində yüksək vəzifəyə gətiriləcəyi deyilir.

Bu barədə AzFakt.com-un əldə etdiyi məlumatda vurğulanır.

Məlumatda Asif Zeynalovun Energetina nazirliyində konkret hansı vəzifəyə gətiriləcəyi deyilməsə də, bu vəzifənin aparat rəhbəri, nazir müavini ranqında olacağı ehtimal edilir.

Yüksək vəzifəyə gedəcəyi deyilən Asif Zeynalovu “GL Group“da kim əvəzləyəcək?


Asif Zeynalovu hazırkı işində isə “Salyan Oil Ltd” əməliyyat şirkətinin baş meneceri Ramil Əsgərovun əvəzləyəcəyi deyilir.

Yüksək vəzifəyə gedəcəyi deyilən Asif Zeynalovu “GL Group“da kim əvəzləyəcək?

Qeyd edək ki, Asif Zeynalov 2019-cu ildən "GL Group"-un baş icraçı direktorudur. Asif Zedynalov ölkənin ən peşəkar neft mütəxəssislərindən hesab edilir.

Xatırladaq ki, “Salyan Oil Limited” şirkəti 450 kvadrat kilometr sahəsi olan “Kürsəngi” və “Qarabağlı” yataqlarında neft-qaz əməliyyatlarını həyata keçirir.

Bildirək ki, “Salyan Oil Limited” şirkətinin işçiləri bir neçə il öncə maaşlarının artırılması tələbi ilə etiraz aksiyası keçirmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
203 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...