Fəaliyyətini dayandıran “Xaliq Faiqoğlu” necə sərnişindaşıma xidməti göstərir? – Müəmma
Bakıda fəaliyyət göstərən aparıcı daşıyıcı şirkətlərdən olan “Xaliq Faiqoğlu” MMC-nin vergi borcu 125 min 411 manat 12 qəpiyə çatıb.
Yeniavaz.com xəbər verir ki, “Xaliq Faiqoğlu” MMC-nin böyük həcmdə vergi borcunun olmasına baxmayaraq, şirkət həm də Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Passiv” vergi ödəyicisi kimi qeydə alınıb.
Qeyd edək ki, mətbuatda yer alan məlumatlarda vergi orqanında “Passiv” vergi ödəyicisi kimi qeydiyyatda olan “Xaliq Faiqoğlu” MMC-nin hazırda aktiv fəaliyyət göstərdiyi görülür.
Məsələ ilə bağlı “Xaliq Faiqoğlu” MMC-nin mətbuat xidmətinə ünvanladığımız sorğuya cavab ala bilmədik.
Qeyd edək ki, nizamnamə kapitalı 50 manat olan “Xaliq Faiqoğlu” MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Paytaxt ərazisində 18, 61, 65, 79, 85, 96 saylı marşrut xətlərinin sahibi olan “Xaliq Faiqoğlu” MMC-nin uzun müddət dövlət büdcəsinə böyük həcmdə vergi borcu olub. Hazırda isə “Xaliq Faiqoğlu” MMC-nin 116 min 834 manat 5 qəpik vergi borcu var. Bu şirkətə rəhbərlik edən Seyidov Faiq Sadıq oğlu eyni zamanda “Xaliq Faiqoğlu” MMC-nin tabe olduğu “Safa Holdinq”ə də rəhbərlik edir. “Xaliq Faiqoğlu”ndan başqa “Safa Holdinq”in tərkibində “Safa Plaza”, “Safa Beauty and Spa”, “Safa Restoran”, “Safastore” və “Safa İnşaat” da fəaliyyət göstərir.
230 dəfə oxundu