Dövlət Xidməti eyni səbəbə görə “Bravo”nu 5-ci dəfə cərimələdi
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkənin aparıcı pərakəndə satış şəbəkələrindən birinin – “Bravo” supermarketlərinin sahibi olduğu “Azərbaycan Supermarket” MMC (VÖEN - 1403051411) barəsində İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən protokol tərtib edib.
Yeniavaz.com Xidmətdən açıqlanan məlumata istinadən xəbər verir ki, oktyabrın 30-da tərtib edilən protokola görə “Azərbaycan Supermarket” MMC “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinin tələblərini pozub.
Belə ki, “Azərbaycan Supermarket” MMC qida məhsulunu üzərində göstərilən qiymətdən baha satıb.
Məlumat üçün bildirək ki, məhsulunu üzərində göstərilən qiymətdən baha satdığı üçün bu il “Azərbaycan Supermarket” MMC barəsində artıq 5-ci protokol tərtib olunur. Təkcə oktyabr ayı ərzində “Bravo” supermarketlərinin sahibi haqqında 3 protokol tərtib edilib. Bunlardan başqa avqust və may aylarında da eyni səbəbdən “Azərbaycan Supermarket” MMC barəsində protokol yazılıb.
Onu da qeyd edək ki, “Bravo” bu il barəsində ən çox cərimə protokolu yazılan market olub.
329 dəfə oxundu