Dövlət qazdan niyə az qazanır? – “Hasilat neftdən xeyli baha başa gəlir...”
“BP-Azərbaycan” şirkətinin açıqlamasına görə, 2024-cü ilin üç rübü ərzində “Şahdəniz”-dən 20 mlrd. m3 qaz və 3 mln. ton kondensat, “Azəri-Günəşli-Çıraq” (AÇG) yatağından isə 13 mln. ton neft və 1,8 mlrd. m3 səmt qazı hasil edilib.
Məlumatı şərh edən enerji sektoru üzrə ekspert İlham Şaban diqqəti AÇG-də 9 ayda hasilat üçün çəkilən istismar xərclərinin 402 mln. dollar olduğu halda, “Şahdəniz”-də 1 mlrd 780 mln. dollar təşkil etməsinə çəkib: “Dövlət Neft Fondunun məlumatına görə cari ilin yanvar-sentyabr aylarında AÇG-dən dövlətin payına düşən mənfəət 4 milyard 603,7 mln. “Şahdəniz” layihəsindən isə 364 mln. 465 min dollar təşkil edib. Düzdür, AÇG layihəsi üzrə dövlətə çatan mənfəət üzrə pay bölgüsü 75% olduğu halda, hazırda “Şahdəniz”-də bu 45% səviyyəsindədir. Amma bununla belə dənizin dərinliyi 500 metr və üstəlik də 7 min metrdən qaz çıxartmağın, suyun dərinliyi 200 metrədək və dərinliyi ortalama 3400 metr olan quyulardan neft çıxartmaqdan xeyli baha başa gəldiyi göz qabağındadır. Bu baxımdan, dövlətin qazdan əldə etdiyi mənfəət neftlə müqayisədə dəfələrlə az olur. Həmçinin qazın nəqli də neftlə müqayisədə xeyli bahadır”.
Qaz hasilatına çəkilən xərclərin ödənilməsi və mənfəətə keçidin nə vaxt baş verəcəyi barədə suala İlham Şaban belə cavab verib: “Bu, ilk növbədə “Şahdəniz” qazının daim dəyişən satış qiymətlərindən asılıdır. İkincisi, “Şahdəniz”-dən daxili bazara gələn qazın həcminə bağlıdır. Üçüncüsü, təbii ki, Avropa Komissiyasının yürütdüyü qaz siyasətinə də bağlıdır…”
321 dəfə oxundu