Fransa Dağlıq Qarabağ münaqişəsi tərəflərinin heç birinə silah satmır

Fransa Dağlıq Qarabağ münaqişəsi tərəflərinin heç birinə silah satmır


Fransanın Azərbaycandakı səfirliyi Ermənistana silah satışı ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibətini açıqlayıb. Səfirlikdən APA-ya verilən məlumatda bildirilir ki, Fransa Dağlıq Qarabağ münaqişəsi tərəflərinin heç birinə silah ixrac etmir.

“Fransa tərəflərdən heç birinə silah ixrac etmir. Eyni zamanda üçüncü ölkələrə göndərilən silahların silah embarqosuna uyğun olaraq yenidən ixrac olunmayacağını təsdiq etmək üçün son istifadəçi şəhadətnaməsi (end-user certificate) tələb edir”, - deyə səfirlikdən bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Fransa və Böyük Britaniya istehsalı olan “PGM Mini-Hecate” və “Arctic Warfare.338 LM” snayper tüfənglərdən istifadə etməsini əks etdirən foto və məlumatlar yer alıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
965 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...