Beynəlxalq agentlik "Azərenerji”nin reytinqini aşağı saldı

Beynəlxalq agentlik "Azərenerji”nin reytinqini aşağı saldı

“Standard & Poor's” (S&P) beynəlxalq reytinq agentliyi “Azərenerji” ASC-nin qısamüddətli və uzunmüddətli kredit reytinqini “BBB-/A-3” səviyyəsindən “BB+/B”-dək endirib. APA xəbər verir ki, bu barədə reytinq agentliyinin açıqladığı hesabatda bildirilir. Reytinq üzrə proqnoz neqativ olaraq qalır.

Hesabatda bildirilir ki, agentlik "Azərenerji” ASC-yə verilən reytinqi “CreditWatch” siyahısından 90 gün ərzində çıxara bilər. Bunun üçün agentlik hökumətin ASC-yə verəcəyi zəruri dəstəklə bağlı daha detallı informasiya istəyir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
850 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...