“Google”da İŞİD-i axtaranlar anti-İŞİD saytlarına yönləndiriləcək

“Google”da İŞİD-i axtaranlar anti-İŞİD saytlarına yönləndiriləcək


“Google” şirkəti terror təşkilatları və digər radikal ekstremist qurumlarla bağlı axtarış sorğularının tam əks məzmunlu (anti-radikal) saytlara yönləndirilməsi ilə bağlı pilot layihə həyata keçirir.

İKT.lent.az-ın “The Guardian”a istinadən verdiyi xəbərə görə, layihədə məqsəd radikal qrupların, o cümlədən İŞİD-in internet məkanında təsirini azaltmaqdır.

Şirkət pilot layihə barədə İngiltərə parlamenti - İcmalar Palatasını məlumatlandırıb. Toplantıya “Facebook” və “Twitter” təmsilçiləri də qatılıb. “Google”un kommunikasiyalar üzrə baş meneceri Entoni Haus çıxışında layihənin önəmindən danışıb: “Platformamızın güvənilməz yer olmasını istəmirik. Bir insan şəbəkəyə girəndə özünü tək hiss edir. Bu şəxs ona zərər verən yox, ümid verən qruplar tapmalıdır”.

Parlament üzvlərindən biri İKT şirkətlərində radikal kontenti izləyən əməkdaşların sayı ilə maraqlanıb. “Twitter” nümayəndəsi 100-dən çox əməkdaşın bu işlə məşğul olduğunu və ötən il on minlərlə radikal hesabı bağladıqlarını söyləyib. “Facebook” nümayəndəsi Saymon Milner isə öz istifadəçilərinin təhlükəsizliyini prioritet saydıqlarını və İŞİD-lə mübarizənin də bunun tərkib hissəsi olduğunu bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
946 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...