Müharibə veteranlarına ŞAD XƏBƏR: Bu tarixdə müavinətlər artırıla bilər...
Azərbaycanda son illər sosial müavinətlər, pensiyalar və maaşlarda artımlar müşahidə olunsa da, müharibə veteranlarına verilən aylıq 80 manatlıq müavinət uzun müddətdir dəyişməz qalır. Maraqlıdır, yaxın vaxtlarda, müharibə veteranlarının müavinətləri artırıla bilərmi?
Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli KONKRET.az-a açıqlmasında bildirib ki, böyük ehtimalla, iyun ayında Azərbaycan Respublikasının dövlət büdcəsinə əlavələr və dəyişikliklər ediləcək
Natiq Cəfərli bu dairədə imzatoplama kampaniyasına başlayıb
“Bu çərçivədə müharibə veteranlarına verilən 80 manatlıq müavinətin artırılması da gündəmdədir. Artımın təxminən 100 manata çatacağı ehtimal olunur. Artım nominal olaraq böyük görünməsə də, faiz baxımından 25 faizlik yüksəlişə bərabərdir ki, bu da nəzərəçarpacaq göstərici sayılır”.
Ekspert vurğulayıb ki, məbləğ baxımından artımın veteranların gözləntilərinə tam cavab verdiyini söyləmək çətindir.
“Təqdim ediləcək dəqiqləşdirilmiş büdcə layihəsi həm veteranlar, həm də digər sosial qruplar tərəfindən diqqətlə izlənilir. Cəmiyyətin daha böyük artım olacağına dair gözləntiləri və ehtimalları artıq formalaşıb”.
133 dəfə oxundu