Rusiyadakı Azərbaycan diasporunun daha bir lideri həbs edilib
Azərbaycan diasporunun lideri və Voronejdəki ən böyük bazarın sahibi Yusif Xəlilov həbs edilib. Bu barədə Rusiyanın Telegram kanalları məlumat yayıb.
Qeyd edək ki, iyulun 1-də bir qrup Rusiya xüsusi təyinatlısı Yusif Xəlilovun evinə gəlib. Evində axtarış aparıblar, sonra sərbəst buraxılıblar. Avqustun 16-da Xəlilov yenidən saxlanılıb. O, rüşvət verməkdə şübhəli bilinir. Hazırda Xəlilov ifadə verməkdən imtina edib və təqsirini boynuna almayıb.
Gundeminfo.az haqqın.az-a istinadən xəbər verier ki, Xəlilov Voronejdə yerləşən Alekseevski bazarının ortaq sahibidir.
Xatırladaq ki, Bakı ilə Moskva arasında münasibətlər 2025-ci il iyunun sonunda FSB-nin Yekaterinburqdakı azərbaycanlı evlərinə basqın etməsindən sonra pisləşib. Əməliyyat zamanı iki nəfər ölüb, bir neçə nəfər yaralanıb. Bir neçə gün əvvəl Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski həbs edilib. Şıxlinski ona qarşı irəli sürülən ittihamları, xüsusən də qətlə cəhd və xüsusi təyinatlı əsgərə qarşı zorakılıq ittihamlarını rədd edir. Şıxlinskinin oğlu Mütvala da “hakimiyyət nümayəndəsinə qarşı zorakılıq” işi ilə bağlı iki ay müddətinə həbs edilib.
92 dəfə oxundu