Küləkli hava Şirvanda və ətraf rayonlarda fəsadlar törədib FOTOLAR

Küləkli hava Şirvanda və ətraf rayonlarda fəsadlar törədib


Küləkli hava Şirvan şəhərində və ətraf rayonlarda fəsadlara səbəb olub.

APA-nın məlumatına görə, güclü külək Şirvanda dam örtüklərini qoparıb, ağacları kökündən çıxarıb, evlərin üstünə quraşdırılan çənləri yerə atıb. Bəzi yerdə çardaqlar uçub, kran aşıb, binanın üstündən düşən çən 2 avtomobili əzib. Külək elektrik naqillərini də qırıb. Bəzi yerlərdə elektrik enerjisi kəsilib. Güclü külək şəhər təsərrüfatına xeyli ziyan vurub. Hazırda küləkli havanı sulu qar müşayiət edir.

Yerli qurumlar küləyin yaratdığı fəsadları aradan qaldırır. Güclü külək ətraf rayonlarda da inzibati və yaşayış binalarına ziyan vurub. Hacıqabul rayonunun Qızılburun qəsəbəsində məcburi köçkünlərin yaşadığı mənzilin dam örtüyü tamamilə uçub.


Küləkli hava Şirvanda və ətraf rayonlarda fəsadlar törədib
Küləkli hava Şirvanda və ətraf rayonlarda fəsadlar törədib
Küləkli hava Şirvanda və ətraf rayonlarda fəsadlar törədib
Küləkli hava Şirvanda və ətraf rayonlarda fəsadlar törədib
Küləkli hava Şirvanda və ətraf rayonlarda fəsadlar törədib



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
907 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...