30 minlik İraq ordusu Mosula yeridilir

30 minlik İraq ordusu Mosula yeridilir


Mosulun azad edilməsi üçün 30 min İraq hərbçisi səfərbər olunacaq. Axar.az xəbər verir ki, bu barədə İraq parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Əbdüləziz Hüseyn məlumat verib. Onun sözlərinə görə, şəhərin İŞİD-dən geri alınması üçün xüsusi hazırlıqlar davam etdirilir.

“Şəhərdə yaşayan vətəndaşların təhlükəsizliyini qorumaq əsas vəzifəmizdir. Mosulun azad edilməsində əsas yük koalisiya qüvvələrinin üzərinə düşəcək”, - millət vəkili qeyd edib. Xatırladaq ki, bir neçə gün öncə ABŞ prezidentinin İŞİD-lə mübarizə məsələləri üzrə köməkçisi Mak Qurk Mosulun azad edilməsi üçün yaxın günlərdə genişmiqyaslı hərbi əməliyyatların başlanacağını açıqlamışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
766 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...