"OPEC və digər ölkələr hasilatı azaltsa, neftin qiyməti 60 dolları ötəcək"

"OPEC və digər ölkələr hasilatı azaltsa, neftin qiyməti 60 dolları ötəcək"


"Heç kim neftin qiymətini proqnozlaşdıra bilməz".

APA-nın məlumatına görə, bunu Bakıda jurnalistlərə açıqlamasında Rusiya prezidenti Vladimir Putinin Qaz İxracatçısı olan Ölkələr Forumu ilə əlaqələr üzrə xüsusi nümayəndəsi, "Qazprom" şirkətinin Direktorlar Şurasının sədri Viktor Zubkov deyib.

V. Zubkov deyib ki, əgər neftin qiyməti 50-60 dollar arasında qərarlaşarsa, bu, 2016-cı il üçün optimal qiymət olacaq: "Hazırda neftin bir barelinin qiyməti 40 dolları ötüb. Gələcəkdə nə olacağını demək isə çətindir. Neftin qiymətinə bir neçə amil, o cümlədən dünyanın müxtəlif ölkələrinin iqtisadiyyatının inkişaf tempi təsir edir. Bununla yanaşı, İran da öz neftini bazara çıxarır. Düşünürəm ki, OPEC və digər ölkələr yalnız neft hasilatının dondurulması üzərində deyil, hasilatı azaltmaq barədə də düşünməlidirlər. Bu halda neftin qiyməti 60 dolları keçə bilər".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
757 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...