Bakıda adambaşına neçə həkim düşür? - RƏSMİ

Bakıda adambaşına neçə həkim düşür? -


Ötən ilin əvvəlinə olan məlumata görə Bakı şəhəri üzrə əhalinin hər 10 000 nəfərinə 90,7 nəfər həkim düşür. GUNDEMİNFO.AZ "Report"a istinadən xəbər verir ki, Bakı şəhəri üzrə ümumillikdə 19 982 həkim fəaliyyət göstərir. Bu barədə məlumatı Bakı Şəhəri üzrə Statistika İdarəsi verib.

Orta tibb işçilərinin sayı 21 045, əhalinin hər 10 000 nəfərinə düşən orta tibb işcilərinin sayı 95,5-dir. Paytaxtda xəstəxanaların sayı 149, çarpayıların sayı isə 18 551-dir. Daha çox həkim Nəsimi rayonunda çalışır. Rayonun 17 xəstəxanasında 5 630 həkim çalışır. Rayonda əhalinin hər 10 000 nəfərinnə düşən həkimlərin sayı 259 nəfərdir. Nərimanov rayonunun 19 xəstəxanasında 2 061 həkim çalışır. Əhalinin hər 10 000 nəfərinə 119,1 həkim düşür. Səbail rayonunda yerləşən 14 xəstəxanada 1 587 həkim, Yasamalda yerləşən 20 xəstəxanada isə 4 099 həkim çalışır.

Əhalinin hər 10 000 nəfərinə daha az həkim düşən rayonlar arasında Qaradağ, Pirallahı və Suraxanı rayonlarıdır. Suraxanı rayonunda yerləşən 9 xəstəxanada 478 həkim çalışır. Rayonda əhalinin hər 10 000 nəfərinə 22,5 həkim düşür. Qaradağda 31,1, Pirallahıda isə 22,2 həkim düşür.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
786 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...