Güləş üzrə Avropa çempionatında daha bir bürünc

Güləş üzrə Avropa çempionatında daha bir bürünc


Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir. Bu gün yunan-Roma güləşi üzrə 59, 66, 98 və 130 kq çəki dərəcələrində pəhləvanlar mübarizəyə qoşulub.

Trend-in məlumatında görə, 66 kq çəki dərəcəsində mübarizə aparan Kamran Məmmədov bürünc medal uğrunda görüşdə litvalı rəqibi Edqaras Ventskaitis üzərində 6:3 hesablı qələbə qazanıb.

Çempionatda sərbəst və qadın güləşi üzrə yarışlar başa çatıb. Yığmamızın üzvləri 2 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub. Mariya Stadnik və Nataliya Sinişin qızıl, Cəbrayıl Həsənov və Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç və Hacı Əliyev bürünc medal qazanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
806 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...