Türkiyə Ukraynaya səyyar hərbi hospitallar və ləvazimatlar verib

Türkiyə Ukraynaya səyyar hərbi hospitallar və ləvazimatlar verib


Türkiyə Hərbi-Dəniz Qüvvələrinin gəmisi və Ukraynanın “Getman Saqadaçnıy” və “Balta” hərbi gəmilərinin Mərmərə dənizində keçirilən birgə hərbi təlimləri başa çatıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, təlimlər zamanı gəmilər birgə manevr, məlumat mübadiləsi və hərəkətdə olarkən məlumatların və yüklərin biri-birilərinə ötürmək kimi elementləri sınaqdan keçiriblər. Bundan başqa, iki ölkənin dənizçiləri Türkiyə Hərbi-Dəniz Qüvvələrinin “Gölcük” hərbi-dəniz bazasında birgə tədbirlər həyata keçiriblər. Türkiyə tərəfinin verdiyi səyyar hərbi hospitallar və ləvazimatlar Ukrayna gəmiləri vasitəsilə ilə Odessa limanına gətirilərək aidiyyatı üzrə təhvil verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
847 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...