Xanım deputatın yataq otağına partlayıcı atıldı
Ukrayna Ali Radasının “Samopomoş” fraksiyasından olan deputat Viktoriya Voysitskaya həyatına qəsdə cəhdlə bağlı bəyanat yayıb.
Modern.az xarici mediaya istinadən bildirir ki, o, insidentlə bağlı martın 17-də Facebook səhihəsində yazıb.“Gecə evimizin ərim və 3 aylıq oğlumla yatdığımız yataq otağına içərisində yandırıcı maye olan banka atıblar. Alov ikinci mərtəbəyə qədər yüksəldi. Allaha şükür ki, mən itin hürməsindən sonra oyandım, hamı sağ qaldı”, - deputat yazıb.
Onun sözlərinə görə, yanğını əri ilə birlikdə söndürüblər. O, sui-qəsd cəhdinə görə energetika sahəsindəki korrupsiyaçılardan şübhələndiyini deyib: “Onların arasında çox sayda nüfuzlu insanlar var”.“Batkivşina” fraksiyasından olan deputat İqor Lutsenko isə Facebook səhifəsində yazıb ki, sui-qəsd cəhdi “Ukrnaft”şirkətinin fəaliyyətinin araşdırılması ilə bağlı ola bilər: “Voysitskaya artıq iki dəfə Ukrayna Korrupsiya Əleyhinə Milli Bürosuna həmin şirkətin vergidən yayınması ilə bağlı araşdırma aparılması üçün müraciət edib”.
851 dəfə oxundu