Kreml Qarabağ münaqişəsinin həlli üzrə istənilən addımı alqışlayır

Kreml Qarabağ münaqişəsinin həlli üzrə istənilən addımı alqışlayır


Kreml Qarabağ münaqişəsinin həlli üzrə istənilən addımı alqışlayır "Rusiya Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsinə qarşı olan bütün addımları alqışlayır və tərəfləri dialoqa qayıtmağa çağırır". RİA Novosti bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşünü şərh edərkən deyib.

Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun bu gün yayılmış birgə bəyanatında Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsinin vaxtının çatdığı bildirilib. Rusiyanın "İnterfaks" agentliyi isə mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilə biləcəyini xəbər verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
842 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...