"İçərişəhər" İdarəsinin yeni rəisi kimdir? - DOSYE

"İçərişəhər" İdarəsinin yeni rəisi kimdir? -


Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Əsgər Əyyub oğlu Ələkbərov Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi təyin edilib. AzVision.az xəbər verir ki, Ə.Ələkbərov bu vəzifəyədək "Qala Həyat" sığorta şirkəti ASC-nin İdarə Heyətinin sədri olub.

O, 13 iyun 1975-ci ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun İdarəetmə fakültəsini bitirib. 1994-1996-ci illərdə Azərbaycan Beynəlxalq Bankında beynəlxalq əlaqələr üzrə baş mütəxəssis vəzifəsində çalışıb. Ə.Ələkbərov 1996-2002-ci illərdə "HSBC Bank Middle East" Bakı ofisində xəzinədarlığıın müdiri və əməliyyat şöbəsinin müdiri vəzifələrində çalışıb. 2002-ci ildə "LFS Financial Systems GmbH" şirkətində və Asiya İnkişaf Bankının Bakı ofisində məsləhətçi vəzifəsində çalışıb.

"İçərişəhər" İdarəsinin yeni rəisi kimdir? -


O, 2003-2009-cu illərdə İqtisadi İnkişaf Nazirliyidə Milli Koordinasiya Bürosunun icraçı direktoru və Xarici İnvestisiyaların və Yardımların Əlaqələndirilməsi şöbəsinin müdiri vəzifələrində çalışıb. 2009-2010-cu illərdə "Merkuri Konsaltinq" şirkətində müdir müavini vəzifəsində işləyib. 2010-2012-ci illərdə "CİFAL GROUPE" şirkətinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb.

Ə.Ələkbərov 2012-ci ildən "Qala Həyat" SŞ ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışıb. Ailəlidir, 1 qızı və 1 oğlu var.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2414 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...