Camala Rusiya vətəndaşlığından imtina etdi

Camala Rusiya vətəndaşlığından imtina etdi

“Eurovision” mahnı müsabiqəsinin builki qalibi, Krım tatar əsilli ukraynalı Camalaya Rusiya vətəndaşlığını qəbul etmək və Krıma köçmək təklif edilib. Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, Camala bu təklifə rədd cavabı verərək əlavə edib ki, onun artıq başqa vətəndaşlığı var.

“Yox, sağ olun. Mənim vətəndaşlığım var və başqası lazım deyil”, - müğənni keçirdiyi mətbuat konfransında belə deyib. Xatırladaq ki, Ukrayna prezidenti Pyotr Poroşenko Camalaya Ukraynanın xalq artisti fəxri adını verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
777 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...