ABŞ səfiri Qarabağın həlli vaxtını açıqladı

ABŞ səfiri Qarabağın həlli vaxtını açıqladı


ATƏT-in Minsk Qrupunun həmsədrləri, o cümlədən, ABŞ hökuməti iyunda Azərbaycan və Ermənistan prezidentləri arasında baş tutacaq görüşün Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllinə gətirib çıxaracağına ümid edir.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı səfiri Riçard Milz ABŞ-Ermənistan biznes konfransında deyib. O, prezidentlərin Vyana görüşündə əldə olunan razılaşmaları yüksək qiymətləndirib: “Münaqişə tərəfləri atəşkəslə bağlı 1994-1995-ci illərdə götürdükləri öhdəliklərə sadiq olduqlarını bildirdilər. Bunu nailiyyət kimi qiymətləndirə bilərik. Həmçinin tərəflərin təmas xəttində insidentlərin araşdırılması mexanizmlərinin formalaşmasına razı olmaları xoş niyyətin təzahürüdür. ATƏT-in Minsk Qrupunun həmsədrləri bu tendensiyanı inkişaf etdirməyə hazır olmalıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
752 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...