Türkiyənin yeni baş naziri Azərbaycana iki nazirlə gəlir

Türkiyənin yeni baş naziri Azərbaycana iki nazirlə gəlir

Türkiyənin yeni baş naziri Binali Yıldırımın Azərbaycana səfərinin bəzi təfərrüatları məlum olub. ANS PRESS-in məlumatına görə, Yıldırım Şimali Kipr Türk Respublikasına səfərdən əvvəl jurnalistlərə Azərbaycan səfəri zamanı onu müşayiət edəcək nazirlərin adlarını açıqlayıb. Binali Yıldırımı səfər zamanı baş nazirin köməkçisi Tuğrul Türkeş, maliyyə naziri Naci Ağbal, meşə və su naziri Veysel Eroğlu müşayiət edəcək.

O, mətbuata açıqlamasında ənənəyə sadiq olaraq ilk səfərini Kiprə, daha sonra Azərbaycana edəcəyini deyib. Binali Yıldırım bu gün Şimali Kipr Türk Respublikasına səfərə gedib. Daha əvvəl baş nazirin iyunun 1-də Azərbaycana səfər edəcəyi barədə məlumat yayılsa da bu gün Türkiyə mətbuatı Yıldırımın Azərbaycana iyunun 3-də gələcəyi haqda yazıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
819 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...