Neftin qiyməti oktyabrdan etibarən ilk dəfə 51 dolları ötüb

Neftin qiyməti oktyabrdan etibarən ilk dəfə 51 dolları ötüb


Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,59 dollar artaraq 50,28 dollar təşkil edib.

"APA-Economics" xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,69 dollar artaraq 51,24 dollar olub. Qeyd edək ki, Brent neftinin qiyməti ötən ilin oktyabrın 12-dən etibarən ilk dəfə 51 dolları ötüb.

Neftin bahalaşmasına səbəb dolların zəifləməsidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
831 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...