Qazaxıstandakı silahlı hücumda iştirak edənlərin hamısı tutuldu

Qazaxıstandakı silahlı hücumda iştirak edənlərin hamısı tutuldu


İyunun 5-də Qazaxıstanın Aktobe şəhərində hücumda iştirak edənlərin hamısı neytrallaşdırılıb və onlardakı bütün silahlar götürülüb. Virtualaz.org İTAR-TASS-a istinadən bildirir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

“Kyanışbayev, Tanatarov və Akpanbetov saxlanılıblar. Akpanbetov qaçmağa cəhd edərkən ayağından yaralanıb”, - deyə məlumatda bildirilir. Məlumatda o da vurğulanır ki, cinayətkarlardan iyunun 5-də “Pallada” mağazasından oğurlanmış 2 ədəd silah götürülüb. Qeyd edək ki, iyunun 5-də bir qrup naməlum şəxs Aktobe şəhərində iki silah mağazasına və şəhərdəki hərbi hissəyə hücum edib. Şəhərdə antiterror rejimi elan edilib.

Terrorçuların hücumu nəticəsində 3-ü hərbçi olmaqla, 7 nəfər öldürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
890 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...