“Görünür, Novruz Məmmədovun söylədikləri düzdür ki, Rusiya XİN belə qıcıqlanıb”

“Görünür, Novruz Məmmədovun söylədikləri düzdür ki, Rusiya XİN belə qıcıqlanıb”


“Görünür ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zaxarovanun Novruz Məmmədov haqqında dedikləri qəbuledilməzdir. Novruz Məmmədov barədə dediklərinin müqabilində rus dilində desək, “durnaya jenşina” demək olardı, ancaq demək istəmirəm”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin növbədənkənar iclasında millət vəkili Qüdrət Həsənquliyev söyləyib.

”Görünür ki, Novruz Məmmədovun Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı söylədikləri düzdür ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri belə aqressiv reaksiya verib. Ona görə də Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bu xanıma lazımi reaksiya verməlidir”, - deyə o vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
839 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...