Neft Fondu devalvasiyadan nə qədər pul qazanıb? - 2 milyard dollar
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ötən il baş verən devalvasiya nəticəsində əldə etdiyi gəlirin həcmini açıqlayıb.
"APA-Economics" fondun 2015-ci il üzrə hesabatına istinadən xəbər verir ki, 2015-ci ildə Mərkəzi Bank tərəfindən həyata keçirilmiş manatın devalvasiyası çərçivəsində ARDNF-nin investisiya portfelinə daxil olan valyuta və aktivlərin manat ifadəsi ilə dəyərinin artması səbəbindən fondun ümumilikdə 23 mlrd. 217,8 mln. manat, o cümlədən ABŞ dolları, avro, ingilis funt sterlinqi və digər valyutaların manata qarşı məzənnəsinin artması ilə əlaqədar 22,501 mlrd. manat büdcədənkənar gəliri yaranıb.
Xarici valyuta və aktivlərin yenidən qiymətləndirilməsi səbəbindən qızıl portfelinin qiymətinin artması ilə əlaqədar 716,8 mln. manat büdcədənkənar gəlir yaranıb.
Bundan başqa, 2015-ci ildə ARDNF-nin investisiya portfelinə daxil olan valyutaların dollara qarşı məzənnələrinin və qızılın qiymətinin dəyişməsindən yaranan fərq üzrə 1 mlrd. 998,2 mln. dollar məbləğində büdcədənkənar xərcləri yaranıb.
797 dəfə oxundu