Dövlət Xidmətindən bəzi işbazlara SƏRT XƏBƏRDARLIQ

Dövlət Xidmətindən bəzi işbazlara


Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar aparılan tədbirləri davam etdirir. Dövlət Xidmətindən Lent.az-a verilən məlumata görə, iyul ayının 4-də Tərtər Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayonun Hüləvətli meşəsində Əliyev Ədalət Yaşar oğluna məxsus heyvan saxlanılan yataqda keçirdiyi reyd zamanı çəkisi 150 kq miqdarında olan 2 baş kəsilmiş at cəmdəkləri aşkar edilib.

Tərtər Rayon Baytarlıq İdarəsinin baytarlıq mütəxəssisləri aşkarlanan at cəmdəklərindən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürərək ətin bakterioloji və biokimyəvi göstəricilərini müəyyənləşdirmək məqsədi ilə Respublika Baytarlıq Laboratoriyasına göndəriblər.

Aparılan müayinələrin nəticəsinə əsasən cəmdəklərin bakterioloji çirklənməyə məruz qalması (BÇQB, stafilakokkos aureus), keyfiyyətsiz və at ətinə məxsus olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi nəzərə alınaraq onların zərərsizləşdirilməsinə qərar verilib.

Qərara uyğun olaraq iyulun 9-da həmin at cəmdəkləri baytarlıq mütəxəssislərinin nəzarəti altında Tərtər rayonu ərazisində olan məişət tullantıları poliqonunda KİV və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək basdırılıb.

Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
899 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...