Yavər Camalov prezidentə raport verdi: “Zərbə” pilotsuz döyüş aparatları artıq hazırdır!

Yavər Camalov prezidentə raport verdi:

Nazirlər Kabinetinin lin birinci yarısının yekunlarına həsr edilmiş iclasında müdafiə sənayesi naziri Yavər Camalov da çıxış edib.

Virtualaz.org AzTV-yə istinadən xəbər verir ki, nazir çıxışında Azərbaycan ordusunun aprel döyüşlərində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan bir çox silahlardan və döyüş sistemlərindən də uğurla istifadə etdiyini bildirib. Yavər Camalov deyib ki, bura tank əleyhinə qumbaraatanlar, müxtəlif çaplı minaatanlar, müxtəlif çaplı mərmilər, o cümlədən düşmən mövqelərinin yerini müyyənləşdirən pilotsuz uçan aparatlar daxildir.

Nazir çıxışında Müdafiə Sənayesi Nazirliyinin bir sıra yeni hərbi texnika və silahların istehsalına hazırlaşdığını da bildirib. Bura ilk milli zirehli döyüş texnikası da daxildir. Yavər Camalov Azərbaycanın müdafiə sənayesinin istehsalı olan ilk milli zirehli döyüş texnikasının bu ilin payızında Bakıda keçiriləcək sərgidə nümayiş etdiriləcəyini deyib.

Nazir bildirib ki, aprel döyüşlərindən sonra prezident “Zərbə” pilotsuz döyüş sistemlərinin istehsalının təşkil edilməsinə dair göstəriş verib. “Cənab prezident, sizin bu göstərişiniz artıq yerinə yetirilib və “Zərbə” pilotsuz döyüş sistemləri artıq hazırdır, sınaqlardan keçir, yaxın vaxtlarda ordunun sərəncamına veriləcək”-nazir deyib. Yavər Camalov əlavə edib ki, Azərbaycanın istehsalı olan “Zərbə” pilotsuz döyüş sistemləri düşmən hədəflərini havadan izləməklə yanaşı istənilən vaxt ona dağıdıcı zərbə endirə biləcək və ermənilərin qorxulu röyasına çevriləcək.

Xatırladaq ki, Azərbaycan aprel döyüşlərində İsraildən alınan “Harop” pilotsuz döyüş sistemlərini tətbiq edib və bu silahın tətbiqi erməni ordusunda ciddi panika yaradıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
755 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...